Kistalar
Kistalar, süd vəzisi toxumasının içində yaranan maye ilə dolu olan torbaladır. Bu torbalar əslində genişlənmiş süd kanallarında çox tez-tez rastlanır: bir mərci boyundan qoz boyuna qədər dəyişən genişlik və həcmdə ola bilərlər.
Süd vəzisi kistaları qadınların doğa bileceyi dövrdə, yəni ən çox 30-40 yaşlar arasında görülür, klimaksdan sonra tamamilə yox olurlar. Hər aybaşıdan əvvəlki dövrdə, qadın vücudu hamiləliyə hazırlanır: uşaqlıq və döşlərdə dəyişikliklər ortaya çıxır. Hamiləlik həyata keçmədiyi zaman, aybaşı qanaxması başlar və döşlərdə genişlənmiş süd vəzisi və kanalları normal vəziyyətinə qayıdır. Süd vəzilərində və kanallarındakı genişlənmələr bəzən qalıcı ola bilir. Onlar fibokistalardır və hər qadının süd vəzisində rastlana bilən tamamilə zərərsiz kistalardır.
Kistalar bəzən çox miqdarda ola bilər, buna bütün dünyada fibrokistik toxuma dəyişiklikləri (fibrokistik mastopatiya) deyilir, çünkü bir xəstəlik olaraq qəbul edilməməlidir. Xəstəlik olaraq qəbul edilmədiyinə görə də müəyyən bir müalicəsi də yoxdur. Əgər xəstədə aybaşından əvvəlki dövrdə ağrılar olsa, bunun üçün simptomatik müalicə həyata keçirilə bilər.
Süd vəzisindəki kistalar özü-özünə yox ola bilirlər və/və ya hər aybaşı siklində yeniləri çıxa bilər. Bəzən süd vəzisindəki kistalar yox olmayaraq böyüməyə davam edə bilərlər, bir pin-pon topunun ölçülərinə qədər gələ bilər: makrokista. Makrokistalar da zərərli deyildir, sadəcə ağrı verə bilər. Makrokistalar xəstəyə rahatsızlıq verdiyi hallarda, sadə bir şpris ilə bu makrokistaların içi boşaldılır.
Süd vəzisindəki kistalar şişlər ilə qarışmaz, şişlər və xərçəngə çevrilməz, xəstə üçün həyat təhlükəsi yaratmazlar. Sadə bir ultrasəs müayinəsi ilə 100% dəqiq diaqnoz qoyula bilər. Süd vəzisi kistaları zamanı, hər hansı bir cərrahi müalicəyə ehtiyac yoxdur.
Bəzi kistaların müəyyən vaxt ərzində içindəki maye azalır və qatı çöküntülər ortaya çıxa bilir. Belə kistalara komplikasiyalı kistalar deyilir. Içi qatı hala dönən bu komplikasiyalı kistaların bəzən tez-tez müayinəsinə və çox nadir hallarda isə histopatoloji analizə ehtiyac ola bilər.
Süd vəzisinin sadə kistaları, yəni fibrokistalar, ve ya fibrokistik mastopatiya süd vəzisinin ən xoşxassəli hallarındandır, sadəcə ağrı verə bilər. Ancaq ağrı və ya kistalar olduğu zaman döş əməliyyatlarına ehtiyac yoxdur.