Süd Vəzisi İltihabı: Mastit
Süd vəzisi iltihabı, yəni mastit hormonal baxımdan aktiv dövrdə 18-50 yaş arasında rastlanır. Əmizdirmə dövrü istisna olmaqla süd vəzisində infeksiya və abseslərin yaranma mexanizmi və müalicələri fərqlidir. Bu səbəblə iki qrupu fərqli qiymətləndirmək lazımdır.
Əmizdirmə dövründə rastlanan süd vəzisi infeksiyaları
Əvvəlkinə nisbətən rastlanma tezliyi azalmışdır. Döş başında bir çatlaq və ya döşün cildindəki bir sıyrılma infeksiyanın giriş qapısıdır. Xüsusilə də immunitetin düşdüyü dövrlərdə buradan girən bakteriyalar infeksiyaya səbəb olurlar. Üstəlik döşün içində boşala bilməyən süd vəzisi varsa, bakteriyalar üçün ideal həyat şəraiti yaranır. Bu səbəblə əmizdirmə dövründəki süd vəzisi infeksiyaları çox qisa müddətdə ciddi bir infeksiyaya çevrilə bilər.
Süd vəzisi infesiyaları, ümumiyyətlə, ilk doğuşdan sonra görülür və əmizdirmə dövrünün ilk 6 həftəsi və ya uşağı süddən kəsmək dövründə qarşımıza çıxar. Xəstənin şikayətləri: ağrı, qızarıqlıq, şişlik, həssaslıq və/və ya sistemli infeksiya semptomları ola bilər. Klinik müayinədə döş şişmiş, qızarmış və həssas olur. Əgər abses inkişaf etsə, gözə çarpan hüdudları olan kütlə əllə hiss edilir və bunu üstündə dərinin gərgin qırmızı parlaq görünüşü dərhal diqqət çəkir. Xəstədə bəzən yüksək qızdırma, taxikardiya, leykositoz kimi sistemli infeksiya semptomları da müşahidə edilir. Erkən dövrlərdə dərhal antibiotik qəbuluna başlanması infeksiyanın absese çevrilməsi riskini azaldır.
Antibiotik başlanmasına baxmayaraq, müalicədən fayda görməyən qadınları xəstəxanaya yatırmaq, ultrasəs müayinəsi ilə absesi müşahidə altına almaq və inkişaf ehtimalı olan bir şiş ilə differensial (qarşılaşdırıcı) diaqnostikasını həyata keçirmək lazımdır. Bəzən inflamatuar xərçəngləri abseslərdən ayırmaq çox çətin ola bilər.
Bu müddət əzrində əmizdirməyə davam edilməlidir, çünki süd kanallarının boşalması infeksiyanın yox olmasına kömək edecekdir. Südün içindəki bakteriyalar isə uşağa heç bir zərər verməcəyəkdir. Ananın əmizdirməyə davam edə bilməsi üçün südə keçməyən bir antibiotik seçilməlidir.
Əgər körpə döşü əmib südü kifayət qədər boşalda bilmirsə, mütləq döş sağma cihazı ilə boşaldılmalıdır. Döş sağma cihazı ilə boşaltma zamanı döş üzərində bir az masaj etmək faydalı ola bilər.
Əmizdirmə dövrü xaricində hallarda yaranan abseslər
Döş başı ətrafında rastlanan abseslərdir. Gənc yaşlarda müşahidə olunur (təxminən 32 yaş dövrlərində). Xəstələrin çoxu siqaret çəkənlər olur. Döş ucunun ətrafında qızarıqlıq, abses, kütlə və bəzən də axıntılı fistul kimi də ortaya çıxa bilər. Diqqətlə baxdığımız zaman o tərəfdə döş ucunda yüngülcə çəkilmə müşahidə oluna bilər.
Əgər abses yoxdursa, antibiotik və antienflamatuar dərmanlarla müalicə edilir. Bunlar təsir etməzsə və ya abses inkişaf edərsə, döşü ultrasəs ilə müayinə etmək, müalicə məqsədilə də iynə ilə drenaj və ya cərrahi abses drenaji tətbiq edilir. Müalicənin az təsir etdiyi və tez tez xəstəliyi təkrarlanan xəstələrdə şişin olmadığı dəqiqləşdirilməlidir.
Belə əmizdirmə dövrü xaricindəki abseslər bəzən xronikləşir. Döşün dərisindən daima və ya arada bir axıntı verən sızanağa oxşayan fistul ağzı kimi görünürlər. Bu abseslərin müalicəsi daha fərqli və bir az da çətindir: çünki xəstələrin yarısında xəstəlik təkrardan baş qaldıra bilir. Xəstənin tam sağalması üçün bəzən lazımi sahədəki bütün süd kanallarının çıxarılması lazım gələ bilər.
MÜŞAHİDƏ PROQRAMI
NİZAMLI OLARAQ İLLİK MÜŞAHİDƏ ALTINDA OLMAQ HƏYAT QURTARIR
Süd vəzisi xərçəngi qorxulu bir xəstəlik deyil, çünki müalicəsi var, erkən dövrdə diaqnozu qoyulduğu zaman döş alınmadan müalicə şansı var. Erkən diaqnozun 3 əsas şərti var: Özünü müayinə etmək/ Periodik həkim müayinəsi/ Mammoqrafiya. Hər qadın ayda bir dəfə öz döşünü müayinə etməlidir. Süd vəzisinin quruluşunun qadınlar arasında müxtəliflik göstərdiyini unutmamalıyıq. Aybaşı siklindən sonra və ya sikl zamanı döşlərin şişməsi və həssaslaşması normaldır. Müayinə üçün aybaşı sonrası dövr daha uyğundur. Qadınlar özlərini müayinə edərkən döşündə müəyyən dəyişiklik hiss etdiyi zaman dərhal həkimə müraciət etməlidirlər.
Hər yaşdakı qadınlar üçün həkim tərəfindən döş müayinəsi, periodik müayinələrin bir hissəsidir. Müayinələr zamanı hansı semptomlara qarşı diqqətli olmağınız haqqında və periodik müayinələrinizin planlanması mövzusunda məlumat ala bilər və evdə aylık müayinələrinizi nece həyata keçirəcəyinizi öyrənə bilərsiniz. Mammoqram xüsusi bir rentgen lentidir. Sağlam qadınlarda nizamlı olaraq mammoqrafiya çəkilməsi, qadınlarda süd vəzisi xərçəngi ilə əlaqədar olan ölüm səviyyəsini aşağı salmışdır. Müayinədə əllə hiss edilməyəcək qədər kiçik şişlər mammoqrafiya ilə görülə bilər. Şiş olan sahədə kiçik kalsium çöküntüləri, yəni mikrokalsifikasyiyalar vardır. Bu sahədən nümunə alıb şişin növü haqqında məlumat toplanır və müalicəsi planlanır.
Sağlam bir qadında 35 yaşında mütləq bir mammoqrafiya (ilk mammoqrafiya) çəkilməlidir, sonra isə 50 yaşına qədər iki ildə bir dəfə, 50 yaşından sonra hər il nizamlı olaraq çəkilən mammoqrafiyalar ilə hər iki döş də radioloji olaraq müşahidə edilməlidir. Ailədə süd vəzisi xərçəngi varsa və ya qadında süd vəzisinin xoş xassəli hər hansı xəstəliyi varsa bu müayinələr daha erkən və daha tez-tez aparıla bilər. Davamlı süd vəzisi müayinələrinin və ya həkimin apardığı müayinənin heç vaxt mammoqrafiyanın yerini tutmayacağını unutmamalıyıq.
QISACA:
- 20 yaşdan sonra hər qadın ayda bir dəfə özünə döş müayinəsi etməlidir.
- 20-35 yaş arası 3 ildə bir dəfə həkim müayinəsindən keçməlidir.
- 35 yaşında ilk mammoqrafiya çəkilməlidir.
- 35-50 yaş arası hər il həkim müayinəsindən və 2 ildə 1 dəfə, həkim məsləhət gördüyü zaman isə hər il mammoqrafiya müayinəsindən keçməlidirlər.
- 50 yaş və üzərində olan qadınlar isə hər il həkim müayinəsi və mammoqrafiya müayinəsindən keçməlidirlər.