İllik Yoxlamalar Niyə Vacibdir?
İllik Süd Vəzi Müayinələri Niyə Həyat Qurtarır?
Heç bir şikayətiniz olmasa belə ildə 1 dəfə müayinə vacibdir
Süd vəzi xərçəngi çox zaman başlanğıc mərhələsində heç bir əlamət vermir. Ağrı, şişlik və ya ele gələn sərtlik olmadan da xəstəlik inkişaf edə bilər.
Bu səbəblə xüsusilə 40 yaşdan sonra bütün qadınların illik süd vəzi müayinələrini gecikdirməməsi çox vacibdir.
Erkən diaqnoz həyat qurtarır.
İllik müayinələrinizi İstanbulda etdirə bilərsiniz
İllik süd vəzi müayinələrinizi güvənə biləcəyiniz bir mərkəzdə etdirməniz vacibdir.
Bir çox xəstəm illik mammoqrafiya, ultrasəs və müayinələri üçün İstanbul’a gəlir. Müayinələr tamamlandıqdan sonra nəticələr birlikdə qiymətləndirilir və lazım olarsa əlavə araşdırmalar planlaşdırılır.
Əgər İstanbul’a gəlmək sizin üçün çətindirsə, Azərbaycanda etdirdiyiniz mammoqrafiya, ultrasəs və biopsiya nəticələrini göndərərək də online ikinci fikir ala bilərsiniz.
Online konsultasiya: 100 Azərbaycan manatı
Müddət: Təxminən 30 dəqiqə
Süd vəzi xərçəngi qadınlarda çox yayğındır
Süd vəzi xərçəngi qadınlar arasında ən çox rastlanan xərçəng növlərindən biridir. Azərbaycanlı qadınlarda da çox tez-tez görülür.
Amma artıq bu xəstəliyin müalicəsi mümkündür. Əsas məsələ xəstəliyin gec mərhələyə çatmasını gözləməməkdir.
Xəstəliyi məğlub etməyin iki yolu var
- Erkən diaqnoz
- Doğru müalicə
Birinci mərhələdə aşkarlanan süd vəzi xərçəngində sağalma şansı çox yüksəkdir.
Erkən diaqnoz meməni və qoltuqaltı limfa düyünlərini qoruya bilər
Xəstəlik erkən mərhələdə aşkarlanarsa:
- Memənin tamamının alınmasına ehtiyac olmaya bilər
- Qoltuqaltı limfa düyünləri qoruna bilər
- Daha kiçik əməliyyat kifayət edə bilər
- Kemoterapi ehtiyacı azalabilir
- Müalicə daha rahat və uğurlu ola bilər
Gecikmiş hallarda isə həm əməliyyat daha böyük olur, həm də müalicə daha çətinləşir.
“Heç bir şikayətim yoxdur” demək təhlükəsiz olduğunuz anlamına gəlmir
Başlanğıc mərhələsində olan süd vəzi xərçəngi çox zaman ağrı vermir.
Bu səbəblə yalnız ağrı və ya şişlik olduqda yox, şikayətiniz olmasa belə illik kontrol vacibdir.
Azərbaycanda etdirdiyiniz nəticələri də göndərə bilərsiniz
Mammoqrafiya, ultrasəs, MR və ya biopsiya nəticələrinizi göndərərək online ikinci fikir ala bilərsiniz.
Bəzi xəstələrə fərqli həkimlər tərəfindən fərqli diaqnozlar deyilə bilir. Xüsusilə əməliyyat qərarı verilən xəstələrdə ikinci fikir almaq çox faydalı ola bilər.
Əgər İstanbul’a gəlməniz lazım olarsa, online konsultasiyadan sonra daha rahat və planlı şəkildə gələ bilərsiniz.
Əlaqəli mövzular
Mammoqrafiya haqqında suallar
Döşdə ele gələn şişlər
İynə biopsiyası
Dəqiq diaqnoz nədir?
Süd vəzi xərçəngi nədir?
Qısa nəticə
Süd vəzi xərçəngində ən vacib məsələ erkən diaqnozdur. Erkən aşkarlanan xəstəlikdə həm müalicə daha asan olur, həm də meməni və qoltuqaltı limfa düyünlərini qorumaq mümkün ola bilir.
İldə 1 dəfə kontrol həyat qurtara bilər.

