İlk Əvvəl Əməliyyatmi, Yoxsa Kimyaterapiyami?
Hansı üsul süd vəzisi xərçənginin müalicəsində daha uğurludur? Süd vəzisi xərçənginin müalicəsində qızıl standart cərrahidir, yəni şişin əməliyyatla çıxarılmasıdır. Təxminən 1 saat davam edən bir əməliyyatla xəstə xərçəng toxumasından azad olur. Lakin, bütün xəstələrə əməliyyat etmək mümkündürmü?
Əməliyyatla nail ola biləcəyimiz yerlər məlumdur və məhdud olaraq: süd vəzisi toxuması və qoltuqaltı limfalarının bir hissəsi. Əgər xəstəlik bu bölgələrlə məhduddursa, yəni 1-ci və ya 2-ci mərhələdədirsə, dərhal əməliyyatla müalicəyə başlanır və xəstənin sağalma şansı 85-95% təşkil edir. Əməliyyatdan bir müddət sonra əlavə şüalar və ya kimyaterapiya lazım gələrsə, xəstəyə qorunma məqsədilə verilə bilər.
Lakin, xəstəlik irəliləmişsə, limfaların xaricində, daxili orqanlara yayılmışsa? O zaman xəstənin indiki şansı yoxdur. Belə bir xəstəyə əməliyyat etmək xəstə üçün zaman itkisi və zərər olacaq. İrəli mərhələdəki xəstəlikdə əməliyyat şansı yoxdur, ona görə də müalicəyə kimyaterapiya ilə başlanır. Əgər kimyaterapiyadan yaxşı nəticə alınırsa, şiş kiçilirsə, o zaman əməliyyat şansı yaranır və xərçəngdən azad olma imkanı artır.
1-ci və 2-ci mərhələdə xəstələrdə ilk əvvəl əməliyyatla başlayırıq. Xəstəyə diaqnoz qoyulduqda dördüncü mərhələ isə əməliyyat şansı yoxdur və kimyaterapiya edilir. Üçünçü mərhələdə isə xəstənin yaşı, hormon reseptorlarının vəziyyəti və digər klinik parametrlərə əsasən qərar verilir. Əməliyyat şansı olan xəstələri əməliyyat etmək daha düzgün və faydalı olacaq.
Mənə xəstələr bəzən soruşur: "Mənim xəstəm əməliyyatsız müalicə şansına sahibdirmi?" Bu səhv bir sualdır çünki süd vəzisi xərçənginin ən effektiv müalicəsi əməliyyatdır. Lakin əməliyyatı birinci və ikinci mərhələdəki xəstələrə dərhal edə bilirik. Yəni erkən mərhələdə olan xəstələri əməliyyat edə bilirik. Beləliklə, doğru sual belə olmalıdır: "Mənim xəstəmin əməliyyat olma şansı varmı?"
Daima xəstələri bu səbəbdən bilgiləndirməyə və hərəkətə keçmələrinə yönləndirməyə çalışırıq. Birinci və ikinci mərhələdə əgər diaqnoz qoyulursa, yəni xəstəlik yayılmadan əvvəl, xəstələrin əməliyyat olma şansı olur. Müalicəyə əməliyyatla başlayırıq və xəstələrin tamamilə sağalma şansı 86-95% təşkil edir.
Əgər xəstəlik irəliləmişsə və süd vəzisindən qoltuqaltına, oradan da bədənə yayılmışsa, onda bu 3-cü mərhələ və 4-cü mərhələ olur. Bu xəstələrin dərhal əməliyyat olma şansı artıq yoxdur. Müalicəyə kimyaterapiya, yəni kimya ilə başlamaq lazımdır. Düzgün dərmanlarla yaxşı bir kimyaterapiya sonrası xəstəlik geriləyir: şiş kiçilir, süd vəzisindən kənarda olan xərçəng mənbələri itir. Bu vəziyyətdə ancaq xəstənin əməliyyat olma şansı olur.