SÜD VƏZİNDƏ ƏLƏ GƏLƏN ŞİŞLƏR

SÜD VƏZİNDƏ ƏLƏ GƏLƏN ŞİŞLƏR

Süd vəzinin müalicə və ya əməliyyata ehtiyac olduğu yeganə xəstəlik süd vəzi xərçəngidir. Süd vəzində görülən digər xəstəliklər fibroadenoma və digər xoş xassəli şişlər fibrokistaların heç bir qadının həyatını təhlükəyə atmaz.(Öldürməz) Həmçinin bunlar sonradan süd vəzi xərçənginə də çevrilməz.

Hər iki qadından biri həyatı boyunca süd vəzisində bir şişkinlik hiss edərlər. Xüsusilə süd vəzi xərçənginin çox olduğu cəmiyyətdə qadınların ən böyük qorxusu bir gün süd vəzisində bir şişkinlik ( şiş və ya törəmə ) hiss etmeləridir.
Süd vəzilərindəki şişkinlik səbəbi ilə həkimə gedən qadınların 30%-də təbii süd vəzi toxuması, 40%-də kista, 13%-də xoşxassəli digər forma pozuntuları , 7%-də fibroadenoma və ancaq 10%-də süd vəzi xərçəngi olduğuna rast gelinmişdir. Təbii olaraq əlinizə bir şiş gəldiyində qoxruya qapılmadan həkimə müraciət etmək və dəqiq diaqnoz üçün lazımlı muayinələr etdirmək şərtdir.

QADINLAR SÜD VƏZİLƏRİNDƏ NƏ HİSS EDİRLƏR?

40% fibrokistik vəz toxuması, 30%- normal vəz toxuması, 13%- digər xoş xassəli forma pozuntuları , 10%- süd vəzi xərçəngi, 7%- fibroadenoma (xoş xassəli şiş )

Tümor (Şiş)

Tümor sözü latıncada “şiş” mənasını verir.Bu məna xüsusi bir vəziyyətə işarə etməkdən çox, istər sərt istər kista (maye dolu ) olsun, hər növ çıxıntı, şişkinlik şişi izah etməkdə istifadə olunur.Əsasən hüceyrələrin həddindən artıq çoxalmasından qaynaqlanır, xoş və ya bəd xassəli olur.Xoş xassəli (zərərsiz) şişlər bəd xassəli olanların əksinə idarəsiz şəkildə yayılmazlar.İnkişafları ya tez ya da gec sona çatır və bitişik orqanlara yayılmazlar.Xəstə üçün həyati təhlükə yaratmazlar.Bir çox vəziyyətdə süd vəzi şişləri xoş xassəlidir.Dəyişik formada xoş xassəli süd vəzi şişləri var və bunların ən yayılmış növü fibroadenomadır.Fibroadenoma düzgün kənarlı , sərhədləri aydın hiss oluna bilən və hərəkətli lobya şəklində hiss edilə bilir.

XƏRÇƏNG

Xərçəng bəd xassəli şişlərə verilən adlardan biridir.Xərçəng sözü fərqli xəstəlikləri əhatə edir və bunların hamısının ortaq xarakteri mutasyona məruz qalmış, idarəsiz və digər orqanlara yayıla bilən (metastaza) hüceyre çoxalmasıdır.
Süd vəzinin yeganə ciddi problemi vəə ya xəstəliyi süd vəzi xərçəngidir.Əllə hiss edilə bilen xərçənglər sərt, düzənsiz və forması hiss edilmeyən vəziyyətdədir.Fərqli formada süd vəzi xərçəngləri var və bunların hamısında müalicələr və nəticə fərqlilik göstərə bilər.Amma xəstənin yaxşılığı üçün bunların mükün olduğu qədər qısa müddətdə olmağı lazımdır.Hələ əllə hiss edilə bilən bir şiş halına gəlmədən mamoqrafiyada üzə çıxan xərçənglərdə metastaza olma ehtimalı 15%-dir.Əllə hiss edilən şişlərdə isə, bu ehtimal 40%-ə qədər ola bilər.Bu səbəblə heç bir şikayəti olmayan qadınlarda hər il edilən müayinələr erkən diaqnoz və xəstəlikdən tamamilə xilas olmaq üçün çox lazımlıdır.



SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 541 411 90 00
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

 Teşvikiye Mah. Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul
BİZİ İZLƏ