Digital Döş Tomosintezi
“Digital mammoqrafiya və süd vəzisi tomosintezini qarşılaşdırılması haqqında yeni iş üzərində çalışdığım zaman tomosintez vasitəsilə xərçəngin görüntülənməsinin digital mammoqrafiyadan daha üstün olduğunu gördüm; bu da süd vəzisi xərçənginin diaqnostikasında daha yüksək bir həssaslığa sahib ola biləcəyini göstərir.” – Dr. İngvar Andersson, Hospital Universiteti, Malmö, İsveç.
Süd vəzisinin mammoqrafiyasının müntəzəm olaraq çəkilməsi süd vəzisi xərçəngi ilə əlaqədar olan ölümləri önəmli dərəcədə azaltmışdır. Lakin mammoqrafiya hələlik mükəmməl olmaqdan çox uzaqdır. Bəzi xərçəngləri erkən dövrdə göstərməyərək diaqnostikanı gecikdirir.
Normal mammoqrafiyada, süd vəzisi toxuması 2 plakatın arasında sıxışdırılaraq iki pozisiyada çəkilir. Beləliklə, bütün süd vəzisi 2 ölçülü olaraq çəkilir. Süd vəzisi toxuması sadəcə iki ölçülü olaraq dəyərləndirildiyinə görə xüsusilə süd vəzisi toxuması yoğun olduğu zaman xərçəngli sahə digər toxumalar arasında gizlənə bilir. Bu məhdudiyyət sayəsində mammoqrafiya ilə doğru diaqnozun qoyulması ehtimalı ən mükəmməl mərkəzlərdə belə 85%-dir.
Tomosintez ilə bu problem yox edilmişdir. Digital Tomosintez cihazı ilə süd vəzisinin millimetrik şəkilləri çəkilir və 3 ölçülü görünüşü əldə edə bilirik. Beləliklə, süd vəzisinin daxili quruluşu daha dəqiq olaraq görünür və varsa şişin 3 ölçülü olaraq yeri dəqiqləşdirilir.
Çəkim prosedurası 3-4 saniyədə tamamlanır. Beləliklə, süd vəzisi toxumasının qalınlığına görə təxminən 60-80 şəkil əldə edilib incələnir. Üç ölçülü çəkilmə ehtimalı toxumların üst-üstə gələrək yaratdığı yalançı mənfi və yalançı müsbət görünüşlərin yaratdığı mənfi nəticələrin sayını olduqca azaltmışdır.
Süd vəzisinin incələnməsində optimal görüntülər əldə edə bilmək üçün lazım olan kompresiya (süd vəzisi toxumasının sıxışdırılması) ehtiyacı da azalır. Çəkim zamanı süd vəzisi daha az sıxışdırılır. Mammoqrafiyanı bir rentgen növü olaraq qəbul ediriksə, tomosintezi də tomoqrafiya növü kimi qəbul edə bilərik. Lazımsız biopsiya və əməliyyat sayı azalır. Klinik tədqiqatlar bütün bu xüsusiyyətləri ilə 3 ölçülü süd vəzisi tomosintezinin, süd vəzisi xərçənginin erkən diaqnozunda istifadə oluna bilən ən qiymətli diaqnostika metodu olaraq digital mammoqrafiyanın yerini alması yolunda ciddi ümidlər vəd edir.
Tomosintez bölmələr şəklindədir. Burada xerçeng 30-cu bölmədə aydın görünürdü.
Digital süd vəzisi tomosintezinin üstünlükləri
- Süd vəzisi toxumasının 3 ölçülü olaraq incələnmasini təmin edir.
- Yoğun süd vəzisi toxumasının üst-üstə gələrək xərçəngli toxumanı gizləməsinə mane olur.
- Yalançı müsbət görüntülər olmadığına görə xüsusi pozalarda alınan təkrar çəkimlərin sayını azaldır. Beləliklə, lazımsız radiasiya alınmasına mane olur. Doğru diaqnoz qoyulma ehtimalını yüksəldərək biopsiya və əməliyyat ehtimalını azaldır.
- Mammoqrafiya çəkilməsi zamanı gərəkli olan süd vəzisinin sıxışdırılmasını azaldaraq xəstənin çəkim zamanı daha az ağrı duymasını təmin edir.