Dəqiq diaqnoz nədir?

Süd vəzinin yeganə xəstəliyi süd vəzi xərçəngidir. Bizə gələn xəstələrdə öncə süd vəzi xərçənginin olub olmadıgını anlamağa çalışırıq. İlk öncə əl ilə müayinə daha sonra mamoqrafiya və uzi ilə müayinə edirik. Həkim müayinəsi, uzi və mamoqrafiya süd vəzi xərçəngi diaqnozunu dəqiqləşdirmək üçün kifayət etmir. Müayinə və təhlillərdə xərçəngdən şübhələnsək bunu mütləq isbatlamaq lazımdır . Dəqiq diaqnozu isbatlayıb xəstəyə analizin cavabını vermək lazımdır.



Dəqiq diaqnoz necə qoyulur?

Süd vəzisi xərçənginin dəqiq diaqnozunda biopsiya əsas rol oynayır. Şübhəli bir bölgənin xəstəliyin səbəbini təyin etmək üçün toxuma nümunəsinin alınması məcburiyyətindədir. Biopsiya vasitəsilə, bir şübhənin xoş xəstəlik, yaxud bəd xəstəlik olub-olmadığı anlaşılır.

Döşünüzdə ələ gələn kütlə, mamoqrafiyada şübhəli sahə olduğu zaman bunun dəqiq diaqnozu üçün ancaq o nahiyədən alınan nümunə toxumasının analizi ilə mümkündür. Toxuma nümunəsi almaq – biopsiya, alınan nümunənin mikroskop altında analizi və diaqnozunun qoyulmasına patoloji analiz deyilir. İynə biopsiyası uzi köməkliyi ilə edilir. Şişin olduğu yer keyləşdirilib özəl bir iynə ilə toxumadan parça alınır. Biopsiya ilə alınan toxumadan patologiya analizi nəticəsində dəqiq diaqnoz qoyulur

Süd vəzisi xərçəngi diaqnozu üçün keçmişdə cərrahi biyopsiyalar edilirdi, ancaq indi iynə ilə götürülən toxuma nümunələri dəqiq diaqnoz üçün kifayət edir. Cərrahi biyopsiya indi bəzi nadir hallar istisna olmaqla edilmir. 

İncə İynə Biopsiyasi Ən Sadə Prosedurdur: İynə ilə şübhəli nahiyədən nümunə almaqdan ibarətdir. Nazik iynə biopsiyası aparıldığı zaman inyektorun yerləşdirildiyi xüsusi bir tapançanın inyektor içində yaratdığı neqativ təzyiq sayəsində toxumadan nümunə almaq mümkündür. Alınan nümunə dərhal boyanıb analiz edilə bilər. Bu metodla alınan nümunə hüceyrə səviyyəsindədir və kiçikdir. Diaqnostika dəyəri nisbətən kiçikdir. 

Qalin İynə Biopsiyasi Etibarli Bir Diaqnostik Metoddur: Xüsusi avtomatik toxuma iynələri ilə aparılır. Burada şübhəli toxumadan daha böyük hissə almaq şansı vardır. Diaqnostika dəyəri çox yüksək və müvəffəqiyyətli bir metoddur.

İynə biopsiyası prosedurası ambulator şəraitdə aparılır, bunun üçün xəstəxanada qalmağa ehtiyac yoxdur. Sadəcə iynə biopsiyası aparılacaqsa, başqa bir analiz aparılmayacaqsa, xəstənin ac gəlməsinə də ehtiyac yoxdur. Prosedurdan sonra sarğıya və gündəlik həyat tərzində hər hansı bir dəyişikliyə ehtiyac yoxdur.

 01 deqiq diagnoz

Dəqiq diaqnoz nə üçün önəmlidir?

Dəqiq diaqnoz cox önəmlidir. Çünki xəstəliyin sadəcə xərçəng olduğunu isbatlamaz eyni zamanda xərçəngin növləri haqqında da cox qiymətli məlumat verər. Nə qədər saldırqan yayılan xərçəng ilə qarşı qarşıya olduğumuzu göstərər. Həkim bu cavablara görə əməliyyatı planlaşdırar. Əgər xərçəng olduğunu öncədən bilirsə patologiya mütəxəssisini dəvət edər və sərhədlərin təmiz olduğunu, şişin tamamən çıxarıldığını bizə rapor edər.

Öncədən dəqiq diaqnoz isbatlanmışsa əgər qoltuqaltı linfaları da özəl bir dərman ilə əməliyyat zamanı müayinə edirik. Qoltuqlatı linfaları təmiz isə boşuna qoltuqaltı linfalatı əməliyyatda almırıq. Bütün bunlar üçün dəqiq diaqnoz çox önəmlidir və əməliyyatdan öncə iynə biopsiyası ilə diaqnozun dəqiqləşdirilməsi lazımdır.

Həkim sizi əməliyyat vəya müalicə etmək istərsə mütləq diaqnozun dəqiqləşdirilməsi lazımdır. Patalogiya analizininin dəqiq imzalı cavabı olmadan müalicəyə başlamaq olmaz.

 

Süd vəzisi xərçənginin dəqiq diaqnozunda biopsiya əsas rol oynayır. Şübhəli bir bölgənin xəstəliyin səbəbini təyin etmək üçün toxuma nümunəsinin alınması məcburiyyətindədir. Biopsiya vasitəsilə, bir şübhənin xoş xəstəlik, yaxud bəd xəstəlik olub-olmadığı anlaşılır.

Döşünüzdə ələ gələn kütlə, mamoqrafiyada şübhəli sahə olduğu zaman bunun dəqiq diaqnozu üçün ancaq o nahiyədən alınan nümunə toxumasının analizi ilə mümkündür. Toxuma nümunəsi almaq – biopsiya, alınan nümunənin mikroskop altında analizi və diaqnozunun qoyulmasına patoloji analiz deyilir. Süd vəzisi xərçəngi diaqnozu üçün keçmişdə cərrahi biyopsiyalar edilirdi, ancaq indi iynə ilə götürülən toxuma nümunələri dəqiq diaqnoz üçün kifayət edir. Cərrahi biyopsiya indi bəzi xüsusi hallar istisna olmaqla edilmir.

 

Biyopsiya Növləri:

  1. İncə İynə Biopsiyası:
  2. Tru Cut Qalın İynə Biopsiyası:

İncə İynə Biopsiyası, Xüsusi bir iynə ilə şübhəli nahiyədən nümunə almaqdan ibarətdir. Nazik iynə biopsiyası aparıldığı zaman inyektorun yerləşdirildiyi xüsusi bir tapançanın inyektor içində yaratdığı neqativ təzyiq sayəsində toxumadan nümunə almaq mümkündür. Alınan nümunə dərhal boyanıb analiz edilə bilər. Bu metodla alınan nümunə hüceyrə səviyyəsindədir və kiçikdir. Diaqnostika dəyəri nisbətən kiçikdir.

Bu metodun üstünlükləri, sadə, ucuz, sürətli və etibarlı olmasıdır. Uzun zaman istəyən və qarışıq boyama texnikalarına ehtiyac olmadığına görə diaqnozun dərhal qoyula bilmə şansı vardır. Bu üstünlüklərdən başqa bəzi mənfi cəhətləri də var: heterogen kütlələrdə, nümunə kütlənin içindən alınmasına baxmayaraq, bütün kütləni təmsil etməyə bilər. Bu halda yalançı nəticələr çıxır. Yəni, əgər xəstədə bəd xassəli şiş varsa, bu hiss edilməyə bilər. İynə biopsiyasının mənfi cəhəti diaqnostikanın etibarlılığının xüsusilə homogen olmayan kütlələrdə nisbətən az olmasıdır.

Qalın iynə biopsiyası isə xüsusi avtomatik toxuma iynələri ilə aparılır. Burada şübhəli toxumadan daha böyük hissə almaq şansı vardır. Diaqnostika dəyəri çox yüksək və müvəffəqiyyətli bir metoddur.

İynə biopsiyası prosedurası ambulator şəraitdə aparılır, bunun üçün xəstəxanada qalmağa ehtiyac yoxdur. Sadəcə iynə biopsiyası aparılacaqsa, başqa bir analiz aparılmayacaqsa, xəstənin ac gəlməsinə də ehtiyac yoxdur. Prosedurdan sonra sarğıya və gündəlik həyat tərzində hər hansı bir dəyişikliyə ehtiyac yoxdur.



Onlayn Konsultasiya Haqqında Önəmli Qeydlər

SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

BİZİ İZLƏ