Diaqnozla Bağlı Fərqli Olaraq Nə Edirik?

Her il Azərbaycandan artan sayıda qadın xəstələrimiz gəlir. Onların düzenli illik kontrollerini edirik. Bəzilərinə Azərbaycanda qəti diaqnoz qoyulmayıb və bizdən kömək istəyirlər. Bəs bu qadınlar niyə bizi seçirlər? Biz nəyi fərqli edirik?

Xəstələrimizin bildiyi kimi, biz İstanbulda illərdir NEOSON Görüntüləmə Mərkəzi ilə işləyirik. NEOSON İstanbulun ən nüfuzlu radiologiya mərkəzlərindən biridir, bəlkə də birincisidir. Bize və xəstələrimizə təqdim etdikləri aşağıdaki diaqnostik xidmətlər sayəsində biz fərq yarada bilirik.

 

1- Dərmanlı Mamoqrafiya (CEM)

Dərmanlı mamoqrafiya (CEM), mamoqrafiya cihazı istifadə edərək aparılan bir görüntüləmə metodudur; dijital mamografiyanin inkişaf etmiş bir formudur və döş xərçənginin erkən aşkar edilməsində istifadə olunur. Bu prosedur zamanı, damar içərinə kontrast maddə (dərman) verilir. Bu dərman, xərçəng hüceyrələri tərəfindən - normal döş toxumasından - daha çox əmilir. Daha sonra çəkilən xüsusi mamoqrafiya görüntüləri, bu kontrast maddəni (dərman) yoğun saxlayan sahələri daha aydın göstərir, beləliklə həkimlər anormal və şübhəli sahələri və ya xərçəngi daha asan aşkar edə bilər. Bu xüsusiyyətindən dolayı döş xərçənginin erkən diaqnoz şansını artırır.

Dərmanlı mamografiyaya (CEM), xüsusilə standart mamografiyayanın aydın nəticələr vermədiyi hallarda faydalıdır. Məsələn, sıx döş toxuması olan qadınlarda və ya tumorun tam yerini müəyyənləşdirməkdə çətinlik çəkildikdə. CEM-in etibarlılığı adi mamografiyadən daha yüksəkdir, çünki kontrast dərman sayəsində xərçəngli sahələr daha aydın hala gəlir.

Xüsusilə döş xərçəngi qəti diaqnozu qoyulmuş xəstələr üçün çox önəmlidir, çünki xərçəngin yayılmasını, əməliyyat əvvəli qiymətləndirmədə və müalicə planlaşdırmasında daha yaxşı etməyə imkan verir. CEM, döş xərçəngi erkən diaqnozunda və müalicə planlaşdırmasında çox önəmli rol oynayır.

 kontrastli_mamografi.jpg

 Döş xərçənginin qəti diaqnostikasında dərmanlı mamoqrafiyanın üstünlüyü aydın görünür.

 

2-Döş Xərçəngi erkən diaqnozunda Süni Zəka (AI) proqramı istifadəsi

Süni zəka (AI) proqramları, radiologiya və xüsusilə mamografiya kimi görüntüləmə metodları ilə bərabər istifadə olunduqda, tibbi diaqnoz və müalicə proseslərinə önəmli üstünlüklər təqdim edir.

Süni zəka (AI) istifadə olunduğu zaman, bu proqram, normal və anormal toxumalar arasındakı fərqi daha yaxşı ayırd edərək səhv nəticələrin sayını azalda bilər. AI proqramları radioloji görüntüləri analiz edərkən, insan gözünün qaçıra biləcəyi incə təfərrüatları tutabilir. İnsana bağlı səhvləri minimuma endirir.

Süni zəka proqramları, bir anda çox sayda görüntünü düzgün olaraq analiz edə bilər, bu da radioloqların iş yükünü azaldır və beləliklə diaqnoz prosesini sürətləndirə bilər. AI, xəstələrin əvvəlki mamogramları ilə müqayisə yaparaq zaman içində dəyişiklikləri izləyə bilər və potensial riskləri erkən aşkar edə bilər.

Süni zəka, xüsusilə döş xərçənginin erkən mərhələlərində tez-tez görülən incə dəyişiklikləri aşkar etmədə köməkçi olur. AI, bir mamografiya hesabatının dəqiqliyini artıraraq, xəstə üçün erkən diaqnoz şansını artırır. Xəstənin əvvəlki mamografiya qeydlərini analiz edərək, şəxsi risk profilini qurabilir və yoxlama tezliyini təklif edə bilər.

 sunizeka.jpg

Sünizeka ilə döşdə riskli sahələrin tapılması və onlara diqqət yetirilməsi diaqnozu asanlaşdırır.

3-Vakuum Biopsiyası

Vakuum biopsiyası, döş toxumasından nümunə almaq üçün istifadə olunan təhlükəsiz bir prosedurdur. İncələmək istənilən sahədən daha çox və etibarlı toxu əldə etmək üçün nəzərdə tutulmuş bir texnikadır. Xüsusilə mamografiya ilə aşkarlanan, lakin ultrasəsya və ya əl müayinəsi ilə hiss edilməyən anormal bölgələrin incələnməsində üstünlük verilir.

Hansı Xəstələrdə Vakuum Biopsiyası Tərcih Edilir: Xüsusilə mamografiyalərdə görünən kiçik kalsifikasiyalar yəni (mikrokalsifikasyonlar) vakuum biopsiyası ilə daha effektiv nümunələnir və patoloji analiz ilə qəti diaqnozu qoyulur. Eyni şəkildə, əl müayinəsində təyin edilməyən, lakin görüntüləmə metodları ilə müəyyən edilən lezyonlar üçün istifadə olunur. Əvvəlki biopsiyalardan nəticə alınamadığında və ya kifayət qədər təmsili olmayan nümunələr alındığında.

Həkimlər, xəstənin tibbi keçmişi, tapıntıların keyfiyyəti və digər faktorlar nəzərə alınaraq vakuum biopsiyasının uyğun olub olmadığına qərar verirlər. Vakuum biopsiyasının ən böyük çətinliyi qiymətinin yüksək olması və hər yerdə tətbiq imkanının olmamasıdır.

Vacuum_Biopsy.jpg

 vakuum biopsiya cihazı

4-Tel ilə İşarələmə

Döş xərçəngi erkən diaqnozunda, hələ əl ilə hiss edilməyən kütlələr bəzən iynə biopsiyası üçün uyğun olmaya bilər. Bu hallarda, ultrasəs (uzi) ilə bir tel yerləşdirmə prosesi, yəni tel lokalizasyonu edilir. Tel lokalizasyonu, cərrahın əməliyyat zamanı lezyonu asanlıqla tapması üçün istifadə olunur. Bu proses adətən cərrahi biopsi ilə eyni gündə edilir.

Tel ilə işarələmə və cərrahi biopsi, xüsusilə mamografiya və ya ultrasəs ilə aşkarlanan lakin əl müayinəsində hiss edilməyən lezyonlar üçün tətbiq olunur. Bu proses, erkən mərhələdəki xərçəngləri aşkarlamaq və müalicə etmək üçün mühümdür çünki bu lezyonlar adətən kiçikdir və erkən müdaxilə, müalicə uğurunu əhəmiyyətli dərəcədə artıra bilər.

Biz Türkiyədə bu prosesi ən çox papillomalar və papiller xərçəng ayrımında istifadə edirik. Papillomalar iynə biopsiyası edilə bilməyəcək qədər kiçik olduqda, lezyonun olduğu yerə ultrasəs eşliğində incə bir tel yerləşdirilir və əməliyyathanədə o bölgə çıxarılıb patoloji analizə göndərilir.

İkinci vəziyyət də, mikrokalsifikasyonlardır. Döş xərçənginə bənzəyən mikrokalsifikasyonlar üçün iynə biopsiyası hər zaman uyğun olmaya bilər çünki toxu nümunəsinin düzgün yerdən alınıb alınmadığı qəti olmaz. Bu vəziyyətdə də tel ilə işarələnip o bölgə çıxarılır.

         tel.jpg

Döş içərisindəki iki şübhəli ocaq tel ilə işarələnmiş əməliyyat otağında çıxarılacaq.

Tel işarələmə iki şeyə xidmət edir: Birincisi doğru yerin çıxarıldığından əmin oluruq, ikincisi sağlam toxumalar lazımsız yere çıxarılmaz. Bu şəkildə tel ilə işarələnmə edilməyən yerlərdə cərrah kiçik lezyonlar üçün döşnin bir hissəsini çıxartmaq məcburiyyətində qalır. Ancaq beləliklə doğru yeri çıxartdığından əmin ola bilər ancaq qəbul edərsiniz ki bu şəkildə döşdə asimetri olur və hər iki döş müxtəlif ölçülərdədir. Xəstə sütyen tapmaqda və istifadə etməkdə çətinlik çəkir.



Fərqimiz

Onlayn Konsultasiya Haqqında Önəmli Qeydlər

SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 541 411 90 00
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

 Teşvikiye Mah. Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul
BİZİ İZLƏ