Xəstəmin Əməliyyat Olmaq Şansı Varmı?

Mənə xəstələr bəzən soruşur: "Mənim xəstəm əməliyyatsız müalicə şansına sahibdirmi?" Bu səhv bir sualdır çünki süd vəzisi xərçənginin ən effektiv müalicəsi əməliyyatdır. Lakin əməliyyatı birinci və ikinci mərhələdəki xəstələrə dərhal edə bilirik. Yəni erkən mərhələdə olan xəstələri əməliyyat edə bilirik. Beləliklə, doğru sual belə olmalıdır: "Mənim xəstəmin əməliyyat olma şansı varmı?"

 

 

Daima xəstələri bu səbəbdən bilgiləndirməyə və hərəkətə keçmələrinə yönləndirməyə çalışırıq. Birinci və ikinci mərhələdə əgər diaqnoz qoyulursa, yəni xəstəlik yayılmadan əvvəl, xəstələrin əməliyyat olma şansı olur. Müalicəyə əməliyyatla başlayırıq və xəstələrin tamamilə sağalma şansı 86-95%  təşkil edir.

Əgər xəstəlik irəliləmişsə və süd vəzisindən qoltuqaltına, oradan da bədənə yayılmışsa, onda bu  3-cü mərhələ  və 4-cü mərhələ olur. Bu xəstələrin dərhal əməliyyat olma şansı artıq yoxdur. Müalicəyə kimyaterapiya, yəni kimya ilə başlamaq lazımdır. Düzgün dərmanlarla yaxşı bir kimyaterapiya sonrası xəstəlik geriləyir: şiş kiçilir, süd vəzisindən kənarda olan xərçəng mənbələri itir. Bu vəziyyətdə ancaq xəstənin əməliyyat olma şansı olur.



Xərçəng Müalicəsi

Onlayn Konsultasiya Haqqında Önəmli Qeydlər

SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

BİZİ İZLƏ