Fibroadenoma

Fibroadenomalar, döşün ən tez-tez rastlanan xoş xassəli şişlərdəndir. Ümumi olaraq 20-40 arası yaşlarda görülür, ancaq bəzən daha böyük yaşlarda da çıxabilər. Bütün cəmiyyətdə 10% rastlanır.

Müayinə zamanı asanca əllə hiss edilir, çünki ətrafdakı toxumalardan kənarları diqqətə çarpacaq dərəcədə ayrılmışdır, yumrudur və yaxud lobyaya bənzəyir. Bəzən birdən çox lobullu (yumru) da ola bilər. Müayinə zamanı səthinin düz olması, ətrafdakı toxumaların yapışıq olmaması və əlin altından asanlıqla sürüşə bilən hərəkətli quruluşu ilə asan hiss edilir.

Ələ asanlıqla gəlməsi, dəqiq diaqnoz üçün kifayət deyil; Fibroadenoma diaqnozu kliniki diaqnoz deyil. Dəqiq diaqnoz üçün kütlənin çıxarılmalı və ya iynə biopsiyası ilə nümunə alınıb patoloji analiz aparılmalıdır. Səhv diaqnoz qoymamaq üçün “üçlü test” tətbiq edilməlidir.

Müayinə ve radioloji müayinə, fibroadenoma olduğunu düşündürsə də, mütləq biopsiya ilə bunu göstərmək lazımdır.

Fibroadenomaların süd vəzisi xərçəngi ilə əlaqəsinin olub olmadığı, illər boyunca təcrübələrin mövzusu olmuşdur. Bu günə qədər süd vəzisi xərçənginin inkişafında fibroadenomaların bir rolu olduğu qəti olaraq göstərilə bilməmişdir. Buna baxmayaraq döşündə fibroadenoma və ya fibroadenomalar daşıyan qadınların süd vəzisi xərçənginə tutulma riskində bir artım olduğunu göstərən işlər də vardır.


Fibroadenomaların kliniki əhəmiyyəti:

Əgər müayinə və radioloji müayinələrdə fibroadenoma olduğu düşünülən bir kütlə varsa, bunun dəqiq diaqnozu qoyulmalıdır. Süd vəzisi xərçəngi ilə qarışdırılmamalı və bu səbəblə xərçəng diaqnozu unudulmamalıdır.

Fibroadenomalar bəzi hallarda USM ilə izlənilir bəzilərini əməliyyat ilə çıxardıb patoloji analizi etmək lazımdır. Fibroadenomalarda diaqnoz-müşahidə və müalicə protokolu xəstənin fərdi xüsusiyyətlərinə görə xəstə ilə həkim arasında birlikdə qərar verilir. Ümumiyyətlə, xəstə 35 yaşdan kiçikdirsə, süd vəzisi xərçəngi üçün əlavə riski yoxsa iynə biopsiyası və ya True cut biopsiyası ilə nümunə alınıb histopatoloji tədqiqat aparıla bilər (ya da müntəzəm olaraq USM ilə takip izlənilir).

Buna qarşılıq olaraq əgər xəstə 35 yaşdan böyükdürsə, cərrahi olaraq çıxarılması daha uyğundur. Həmçinin 2 sm dən büyük fibroadenomaları çıxartmaq lazımdır. Bunların xərcəng ile qarışma riski yüksəkdir və xəstəni izləmək əvəzinə çıxardıb patologiyaya göndərmək lazımdır. Bunun xaricində anasında və ya bacısında süd vəzi xərçəngi olan, daha əvvəl süd vəzi xərcəngi müalicəsi olan qadınlarda da fibroadenomaları izləmək əvəzinə çıxartmaq daha yaxşı olar.

Əməliyyat etmək yerine izlənilən fibroadenomalarda zaman keçdikcə, büyüklüyü dəyişən, sərhədləri pozulan, içi heterogen hala gələn, damarlanması və qanlanması artan fibroadenomaları da dərhal çıkartmaq lazımdır.

fibroadenoma


Hansı fibroadenomaları əməliyyat etmək olar?

  • Yaşı 35-dən yuxarı olan qadınlardakı fibroadenomaları
  • 2 sm-dən böyük fibroadenomaları
  • Anası və bacısında xərçəng xəstəliyi olan qadınlardakı fibroadenomaları
  • Digər süd vəzisində xərçəng olan qadınlardakı fibroadenomaları
  • USM ilə izlənilən fibroadenomalarda, böyüklük, forma və tərkibi dəyişikliyi olan fibroadenomaları çıxartmaq və patologiya analizi etmək lazımdır.
  • Rayonda yaşayıb müntəzəm olaraq həkim müayinəsindən keçə bilməyən xəstələrin fibroadenomaları çıxardıla bilər.
  • Xəstənin süd vəzisində xoş görüntü yaratmayan fibroadenomalar çıxardıla bilər.
  • Xəstənin çıxardılmasını istədiyi fibroadenomalar çıxardıla bilər.


Onlayn Konsultasiya Haqqında Önəmli Qeydlər

SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 541 411 90 00
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

 Teşvikiye Mah. Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul
BİZİ İZLƏ