Süd Vəzi Əməliyyatı Olmadığınız Həqiqətən Lazımdırmı?

Xərçəng ciddi bir xəstəlikdir. Hər orqanın xərçəngi fərqlidir: Bəzi xərçənglər çox tez inkişaf edir və onların müalicəsi çətindir, bəzi xərçənglər isə daha asan müalicə oluna bilər. Döş xərçəngi müalicə edilə bilən bir xəstəlikdir, amma müalicəyə doğru yerden başlamaq şərtidir. Döş xərçəngi olan hər xəstənin müalicəsi fərqlidir. Xəstəliyin hansı mərhələdə olduğuna görə dəyişir.

Xərçəng diaqnozu qoymadan əvvəl əməliyyat və ya müalicəyə başlamamaq lazımdır. Əvvəlcə həkimin əlində döş xərçəngi olduğuna dair patologiya nəticəsi olmalıdır. Bunun üçün sadə bir iynə biyopsiyası kifayətdir. İynə biyopsiyası sonrası patoloji təhlilində xərçəng olduğu təsdiq olunarsa, müalicəyə başlanılır.

Xərçəng diaqnozu qoyulan insanlar müalicə ilə bağlı ikinci bir rəy almaq istəyə bilərlər. Başqa bir həkimin rəyinə ehtiyac duya bilərlər. Bu, dünyanın hər yerində normal sayılır və xəstə hüququ kimi qəbul edilir. Türkiyədə də bir xəstəyə döş xərçəngi diaqnozu qoyulduğunda, o xəstənin bir neçə fərqli həkimə müayinə olduğunu və fikir aldığını bilirik. Buradakı məqsəd ən doğru müalicə metodunu tapıb xəstəyə tətbiq etmək olmalıdır.

Süd vəzi əməliyyatları dünyada ən çox həyata keçirilən əməliyyatlardır. Əslində isə bunların çoxuna ya ehtiyyac yoxdur, yaxud da gərəksiz yerə həyata keçirilməkdədir.

Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.

Həkim ilk öncə müayinə üçün müraciət edən hər bir xəstədə süd vəzi xərçəngi olub-olmadığını araşdırmalıdır. Süd vəzi xərçəngi yoxdursa, əməliyyata da ehtiyyac yoxdur.

Süd vəzisi xərçənginin ilkin diaqnozu (erkən diaqnoz) süd vəzisi ultrasəsi və mamoqrafiyası ilə qoyulur. Lakin ilkin və erkən diaqnoz əməliyyat etmək üçün kifayət deyildir. Əməliyyat etmək üçün diaqnozu dəqiqləşdirmək və təsdiqləmək lazımdır. Bunun isə ən sadə yolu "iynə biopsiyası"dır.

İynə biopsiyası xəstəxana şəraitində yerli keyitmə ilə həyata keçirilən ağrısız və təhlükəsiz bir üsuldur. Doğruluğu 100 %-ə yaxındır və biopsiyadan sonra 2 gün ərzində dəqiq diaqnoz cavabını əldə etmiş olarsınız. Əgər biopsiya cavabında süd vəzi xərçəngi təsdiqlənməyibsə, qorxmağa və əməliyyata ehtiyyac yoxdur.

Süd vəzi xərçəngi xərçəng olaraq yaranar və xərçəng kimi davam edər. Süd vəzisinin heç bir xoşxassəli xəstəliyi sonradan xərçəngə çevrilməz. Süd vəzisində olan kistalar, fibroadenoma və mastopatiya adlanan süd vəzisi ağrısı heç bir zaman xərçəngə çevrilməz.

Süd vəzisi əməliyyatından əvvəl mütləq iynə biyopsiyası edilməli və xəstənin dəqiq diaqnozu qoyulmalıdır. Dəqiq diaqnoz olmadan əməliyyat etmək doğru deyil.

 



Onlayn Konsultasiya Haqqında Önəmli Qeydlər

SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

BİZİ İZLƏ