Bir Yaxininiz Süd Vəzisi Xərçəngi Ola Bilər
Qorxmayın, çünki erkən diaqnoz və doğru bir müalicə ilə bu xəstəlikdən tamamilə xilas ola bilərsiniz. İlk öncə dəqiq diaqnoz var mı? Müalicəyə başlamazdan əvvəl birinci şərt dəqiq diagnozdur. Dəqiq diagnoz qoyulması nə əl, nə USM, nə də mammoqrafiya müayinəsi ilə mümkündür. Dəqiq diagnoz üçün patoloji analiz və onun nəticəsi mütləqdir.
İnkişaf Etmiş Köməkçi Diaqnostik Metodlar
İynə Biopsiyası
Süd vəzinizdə əllə hiss edilən kütlə və ya mammoqrafiyada şübhəli bir sahə olduğu hallarda xəstəliyin dəqiq diaqnozu, sadəcə o sahədən alınan nümunə toxumanın tətqiqi ilə qoyulur. Toxuma nümunəsinin alınmasına biopsiya, alınan hissənin mikroskop altında tətqiqinə və bunun nəticəsində diaqnoz qoyulmasına patoloji tətqiqat deyilir. Biopsiya əməliyyatxana şəraitində cərrahi metodlar ilə həyata keçirildiyi kimi, o sahəyə sadə bir iynə vasitəsilə də nümunə alına bilər.
İynə biopsiyası ən asan prosedurdur. Şübhəli yerdən sadə şpris vasitəsilə nümunə almaqdan ibarətdir. Alınan nümunə dərhal boyanıb tətqiq edilə bilər. Bu metodun üstünlükləri sadə, ucuz, sürətli və etibarlı olmasıdır. Uzun müddətli boyama texnikaları lazım gəlmədiyi üçün xəstəyə dərhal diaqnoz qoyula bilir.
İynə biopsiyasının mənfi cəhətləri: xüsusilə homogen olmayan kütlələrdə diaqnostika şansının az olması; kütlə çıxarılmadığı üçün aparılan prosedurların müalicəvi təsirinin olmamasıdır. Ayrıca iynə ilə alınan materialı araşdıran patologiya üzrə mütəxəssis bu mövzuda təcrübəli olmalıdır.
İşarələmə və Cərrahi Biopsiya
Əllə hiss edilən kütlənin və ya mammoqrafiyada tapılan şübhəli sahənin əməliyyatxana şəraitində tamamilə çıxarılmasına cərrahi biopsiya deyilir. Cərrahi biopsiya ilə kütlənin hamısı çıxarılıb patoloji tətqiqata göndərildiyinə görə iynə biopsiyası ilə müqayisədə həm daha etibarlıdır, həm də aparılan iş müalicəvi təsirə malikdir. Cərrahi biopsiyanın mənfi cəhəti isə əməliyyatxana şəraitində həyata keçirilən kiçik müdaxilə olması, maddi tərəfi və dəqiq diaqnoz üçün 2 gün lazım olmasıdır.
Cərrahi biopsiya apara bilmək üçün kütlə əllə hiss edilən olmalıdır. Kütlə kiçikdirsə və ya sadəcə şübhəli bir sahədən ibarətdirsə, əllə hiss edilməyə bilər. Əllə hiss edilməyən kütlələr işarə qoyulmadan çıxarıla bilməz. Işarələmə, çıxarılacaq sahənin əvvəldən ultrasəs və ya mammoqrafiya vasitəsilə tapılması, boya və ya sim ilə görünə bilən vəziyyətə gətirilməsidir.
İşarələmə üçün xüsusi nazik sim və ya metilen mavisi istifadə edilə bilər. Bu prosedura lokal anesteziya ilə həyata keçirilir. İşarələmədən sonra xəstə əməliyyatxanaya alınıb cərrahi biopsiya prosedurası həyata keçirilir.
Əgər dəqiq diagnoz təsdiqlənibsə, bundan sonra müvaffiq müalicə planı təyin edilməlidir: əvvəl əməliyyat, yoxsa kimyaterapiya edilməsi qərarı verilməlidir. Süd vəsizi xərçənginin ən effektiv müalicəsi əməliyyatdır. Lakin əməliyyatı birinci və ikinci mərhələdəki xəstələrə dərhal edə bilirik. Yəni erkən mərhələdə olan xəstələri əməliyyat edə bilirik. Əgər xəstəlik irəliləmişsə və süd vəzisindən qoltuqaltına, oradan da bədənə yayılmışsa, onda bu üçüncü və ya dördüncü mərhələ olur. Bu xəstələrin dərhal əməliyyat olma şansı artıq yoxdur. Müalicəyə kimyaterapiya, yəni kimya ilə başlamaq lazımdır.
Əgər əvvəl əməliyyat ediləcəksə, süd vəzisini qorumaq mümkündürmü, yoxsa hamısını götürmək lazımdırmı qərarı verilməlidir. Hər qadının əməliyyat zamanı süd vəzisini qorumağa çalışırıq və buna səy göstəririk. Lakin şiş çox böyük ola bilər, eyni süd vəzisində bir neçə yerdən baş vermiş ola bilər yaxud giləyə çox yaxın ola bilər, bu cür hallarda süd vəzisini qorumaq çətin və ya mümkün olmaya bilər.
Qoltuqaltı limfa üçün əməliyyat əsnasında mütləq sentinel limfa biopsiyası edilməlidir. Sentinel limfa təmizdirsə, yəni metastaz yoxdursa boşuna qoltuqaltı limfaların alınmasına ehtiyac yoxdur. Bunun üçün əməliyyatdan əvvəl xəstəyə xüsusi bir dərman verilir. Verilən bu dərman, şişə ən yaxın limfalar tərəfindən alınır. Əməliyyatda bu limfalar çıxarılır. əməliyyatxanada gözləyən patologiya mütəxəssisə verilir və əgər onlar təmizdirsə, digər limfalar da çıxarılır. Beləliklə, xəstənin qolu qorunmuş olur.
Əməliyyat zamanı əməliyyatxanada mütləq patoloji mütəxəssisi olmalıdır. Patoloji mütəxəssisi əməliyyatınızda iştirak etməsə, əksik qalan bir şeylər ola bilər.
Bu şərtlər təmin edildikdə erkən diagnoz zamanı xəstəlikdən tamamilə xilas olarsınız. Özünüzə laqeyd yanaşmayın.