Süd Vəzisi Xərçəngi Müalicəs
Süd vəzisi xərçənginin müalicəsi üçün qrup işi lazımdır. Bu qrupun içində xəstənin əməliyyatını həyata keçirən ümumi cərrah, kimyaterapiya tətbiq edən onkoloq, şüa müalicəsini həyata keçirən radioloji onkoloq, diaqnoz qoyulmasını təmin edən radioloq və patoloq ilə birlikdə xəstəyə yeni süd vəzisi implant üçün plastik cərrah olmalıdır.
Süd vəzisi xərçəngi sadəcə xəstəyə deyil, ətrafındakı insanlara da psixoloji anlamda vacib dərəcədə təsir edən bir problemdir. Belə bir həkimlər qrupunun içində psixoloji dəstək verən bir psixoloq və ya psixiatr da olmalıdır. Bu həkimlər süd vəzisi xərçəngi mövzusunda savadlı və mütəxəssis olmalıdırlar.
Süd vəzisi xərçəngi üçün müxtəlif müalicə texnikaları mövcuddur. Bunlar tək və ya birlikdə tətbiq edilə bilər.
- Cərrahi müalicə
- Radioloji terapiya ( Şüa müalicəsi )
- Kimyaterapiya ( Dərman müalicəsi )
- Hormonoterapiya (Hormon müalicəsi)
- Ağıllı dərmanlar
Cərrahi Müalicə
Keçmiş illərdə bütün süd vəzisi toxumasının çıxarıldığı geniş cərrahi əməliyyatlar aparılırdı. Xərçəngin diaqnozunun daha erkən qoyulması, zamanla əməliyyatları minimal vəziyyətə gətirdi. Günümüzdə sadəcə xərçəngli sahənin çıxarılması və süd vəzisinin qorunması, qoltuq altı limfa vəzilərindən isə nümunə alınması sayəsində xəstələrdə müvəffəqiyyətli nəticələr əldə edilir.
Süd vəzisini qoruyan cərrahi əməliyyatlarda yalnız xərçəngli toxuma çıxarılaraq süd vəzisinin yerində buraxıldığı əməliyyatlardır. Erkən diaqnoz qoyulan xəstələrdə süd vəzisini qoruyan əməliyyatlar aparılır və beləliklə də süd vəzisinin tam götürülməsinə ehtiyac qalmır. Xüsusilə də erkən dövrdə olan süd vəzisi xərçənglərində süd vəzisini qoruyan əməliyyatlara əlavə olaraq qalan süd vəzisi toxumasına radioterapiya tətbiq edilir. Bu yolla aparılan müalicələrin müvəffəqiyyət səviyyəsi bütün süd vəzisinin alınması qədər yüksəkdir.
Gecikmiş süd vəzisi xərçənglərində süd vəzisinin bir neçə yerində xərçəng tapılması kimi hallarda və ya bəzi çox bədxassəli süd vəzisi xərçənglərində süd vəzisini tamamilə götürmək lazım gələ bilər. Belə vəziyyətdə istəyən xəstəyə eyni anda yeni süd vəzisi toxuması da nəql edilə bilər.
Bütün süd vəzisinin alındığı hallarda xəstəyə radioterapiya tətbiq etməyə ehtiyac qalmır. Qoltuq altı limfa vəzilərindən biopsiya məqsədilə nümunələr alına bilər. Bu ayrı bir kəsik atılaraq həyata keçirilir.
Tətqiqatlar nəticəsində məlum olmuşdur ki, bütün süd vəzisinin alındığı əməliyyatların, süd vəzisini qoruyan əməliyyatlarla müqayisədə heç bir üstünlüyü yoxdur. Yəni daha kiçik bir süd vəzisi cərrahiyyəsini tətbiq edərək də eyni müvəffəqiyyətli nəticələri əldə etmək olur. Bunun üçün əsas şərt xərçəngin çox inkişaf etmiş olmamasıdır.
Limfə Vəzisi Biopsiyası (Sentinel Limfa Vəzisi Biopsiyası)
Bu metodun tətbiqinə yaxın vaxtlarda başlanmışdır və məqsədi; lazımsız qoltuq altı cərrahiyyələrini əngəlləməkdir. Süd vəzisindəki xərçəng hüceyrələrinin köçdüyü qoltuq altındakı ilk limfa vəzisini tapıb çıxarmaq yoluyla həyata keçirilir. Əgər oraya bir sıçrama yoxdursa, bütün qoltuq altı vəzilərinin hamısını çıxarmağa ehtiyac qalmaz.
Bu metodda əməliyyatdan əvvəl süd vəzisindəki şişin ətrafına zərəri olmayacaq miqdarda radioaktiv maddə və yaxud mavi boya ilə incə uclu şpris vasitəsilə hər tərəfini əhatə edərək verilir və süd vəzisindən qoltuq altına doğru gedən ağ qan (limfa) yolu ilə onun çata bildiyi qoltuq altındakı ilk limfa vəzisi tapılır. Əməliyyat zamanı çıxarılan bu limfa vəzisi əməliyyatxanada hazır olan patoloq tərəfindən baxılır. Bu araşdırmanın nəticəsinə görə qoltuqaltı cərrahiyyəsinin aparılıb aparılmayacağına qərar verilir. Patoloji müayinə nəticəsi şiş sıçramış olaraq gəldiyi zaman qoltuq altı cərrahiyyəsi aparılaraq qoltuq altı limfa vəziləri tamamən təmizlənir. Patoloji müayinə nəticəsi şiş sıçramamış olaraq gəldiyi zaman isə qoltuq altı cərrahiyyəsi aparılmır və əməliyyat bu mərhələdə başa çatdırılır.
Kimyaterapiya (Dərman Müalicəsi)
Xərçəng hüceyrələrini öldürə bilən dərmanlarla aparılan müalicədir. Bu dərmanlar ağızdan və ya damardan verildikdən sonra bütün bədənə yayılır. Ümumiyyətlə, eyni anda bir neçə dərman birlikdə verildiyi zaman daha təsirli olur. Kimyaterapiya kurs olaraq verilir. 4-6 müalicə kursu planlanır. Hər kurs təxminən 3 həftədir. Bu da cəmi 3-5 aylıq kimyaterapiya müddəti deməkdir.
Bəzi hallarda aparılan əməliyyata əlavə olaraq dərman müalicəsi də əlavə etmək lazım gələ bilər. Xəstələrdə əməliyyatdan sonra aparılan müayinələrdə hər hansı sahədə xərçəng qalmamış olsa belə, qoruyucu tədbir olaraq bir müddət dərman müalicəsi aparıla bilər. Bu müalicəyə adyuvan kimyaterapiya deyilir.
Neoadyuvan kimyaterapiya isə xərçəngin 3-cü mərhələsində olan xəstələrdə mövcud olan şişin ölçülərini kiçiltmək və cərrahiyyə əməliyyatına uyğun vəziyyətə gətirmək məqsədilə aparılır. Neoadyuvan kimyaterapiyanın bir faydası da aparılan kimyaterapiyanın şiş üzərindəki təsirliliyinin müşahidə edilməsidir.
Ağıllı Dərmanlar
Süd vəzisi xərçənginin müalicəsində son illərdə "ağıllı dərmanlar" adlanan dərman qrupları özünü göstərib. Bu dərmanların xüsusiyyəti nədir?
Ağıllı dərmanlar, adından da anlaşıldığı kimi, xəstəliklə mübarizədə çox daha məqsədli və spesifik olmağa meyllidir. Onlar, xüsusilə xərçəngin öz hüceyrələrinə təsir edərək, sağlam hüceyrələrə minimum ziyan vururlar. Bu da müalicənin yan təsirlərinin azalmasına səbəb olur.
Əsas "ağıllı dərmanlar" nələrdir?
- Hədəfə Yönlənmiş Dərmanlar: Bu dərmanlar xərçəng hüceyrələrinin üzərindəki xüsusi nişanlara (receptorlara) bağlanaraq onların böyüməsini və bölünməsini dayandırır.
- İmmunterapiya: Bu dərmanlar, insanın öz immun sistemini aktivləşdirərək xərçəng hüceyrələrinə qarşı mübarizəyə kömək edir.
Məsələn, HER2 pozitiv süd vəzisi xərçəngində, hədəfə yönlənmiş dərmanlardan biri olan Trastuzumab (Herceptin) kullanılır. Bu dərman, xərçəng böyüməsinə kömək edən HER2 zülalına (proteininə) hücum edir.
Ağıllı dərmanların üstünlüyü nədir?
- Daha az yan təsir.
- Daha səmərəli təsir.
- Spesifik hədəfləri hədəfləyir və sağlam hüceyrələrə minimum ziyan vurur.
Ancaq hər xəstə üçün ağıllı dərmanlar uyğun gəlməyə bilər. Bu, xərçəngin tipindən, əhatəsindən və digər xüsusiyyətlərindən asılı olaraq dəyişir. Ona görə də həkiminizlə müzakirə edərək sizə ən uyğun müalicə metodu seçilməlidir.
Hormon Müalicəsi
Bəzi süd vəzisi xərçəngi hüceyrələri, daxillərində olan hormon reseptorları vasitəsilə esterogene qarşı həssas ola bilirlər. Yəni esterogen hormonu bu xərçəng hüceyrələrinin böyümələrinə və artmalarına səbəb ola bilər. Hormon müalicəsində məqsəd, daxilində esterogen reseptoru olan və bu hormona həssas olan xərçəng növlərində esterogenin təsirini ortadan qaldıraraq, xərçəngin inkişafının qarşısının alınmasıdır.
Selektiv Esterogen Reseptor Modulyatorları (SERM) arasında ən çox tanınan və uzun illərdir istifadə edilən Tamoksifen-dir. (Nolvadeks). Digər SERM-lər isə toremifen, idoxifen və droloxifen-dir.
Tamoksifen, hormon reseptoru pozitiv olan bütün süd vəzisi xərçəngi olan xəstələrdə istifadə edilir. Əlavə olaraq, süd vəzisi xərçəngi baxımından yüksək riskli olaraq qəbul edilən qadınlarda da istifadə edilə bilər. İsti basma, vaginal qanaxma və axıntı, görmədə pozğunluqlar kimi yan təsirləri ola bilər.
Ovarian Ablasiya; Yumurtalıqlardan esterogen ifrazının tamamilə əngəllənməsidir. Ablasiya, cərrahi olaraq (ovoferektomiya) aparıla bildiyi kimi, dərmanlar və ya radiasiya vasitəsilə də həyata keçirilə bilir.