SÜD VƏZİ XƏRÇƏNGİ TƏSTİQİNDƏ RADİOLOJİ MÜAYİNƏLƏRİN ƏHƏMİYYƏTİ

Süd vəzi xərçənginnin təsdiqində radioloji müayinələr çox əhəmiyyətlidir. Bu müayinələr, xəstəlik haqqında dəqiq məlumatların əldə edilməsində, xəstəliyin öncədən müəyyən edilməsində və öncədən tədbir görülməsində həssas rol oynayır.

Buna baxmayaraq, mamoqrafiya və ultrasəs müayinə dəqiq diaqnoz vasitəsi deyil və dəqiq diaqnoz üçün kifayət etmir. Dəqiq diaqnoz üçün mütləq iynə biopsiyası ilə toxuma nümunəsi götürmək və patoloji müayinə aparılmalıdır.

O zaman radioloji müayinələri niyə aparırıq? Niyə hər il davamlı olaraq mamoqrafiya və ultrasəs müayinəsi aparamağa ehtiyac var? Bunu süd vəzisində şübhə doğuran bir tümör və ya bölgə olub-olmadığını anlamaq üçün edirik. Xərçəng şübhəsi olan belə bir bölgə və ya tümör gördükdə iynə biopsiyası ilə nümunə götürüb dəqiq diaqnoz qoyuruq.

Mamoqrafiya və ultrasəs müayinəsi düzgün edildikdə, süd vəzisi xərçəngi diqanozu qızıl standart bir metod kimi qəbul edilir. Mamoqrafiyanı qiymətləndirən və nəticəni yazan həkim ilə, ultrasəs müayinəsini  edən həkim eyni olmalıdır. Çünki mamoqrafiya və ultrasəsmüayinəsi  bir-birini tamamlayan müayinələrdir və eyni həkimin qiymətləndirməsi daha dəqiq nəticə verəcək. Əks halda, "birinin nağara, digərinin toxmağı var" və buna görə də yaxşı səs çıxmadığı bir vəziyyət alınar. Əlinə süd vəzisində bir tümör gələn və ya şiş hiss edən bir qadına ilk edilməli olan, əgər gəncdirsə, ultrasəs müayinəsi aparmaqdır. Yaşı 40-dan yuxarıdırsa, mamoqrafiya və ultrasəs müayinəsi birlikdə aparılmalıdır. Xərçəng şübhəsi varsa, mamoqrafiya daha gənc qadınlarda da təhlükəsiz şəkildə edilə bilər.

Radioloji müayinələr nəticəsində əlinə gələn o şiş üçün biopsiya edilməsinə ehtiyac olub-olmadığına qərar verə bilərik, lakin dəqiq diaqnoz qoya bilmərik. Dəqiq diaqnoz qoymaq lazımdırsa, yəni xərçəng şübhəsi varsa, o zaman biyopsiya edirik. İynə biopsiyası asan və təhlükəsiz bir metoddur. Təxminən 5 dəqiqə davam edir və şişdən götürülmüş parçaların patoloji təhlilinin nəticəsi ilə dəqiq diaqnoz  müəyyən olunur.

Mamoqrafiya və ultrasəs müayinəsi xüsusən süd vəzisi xərçəngi diaqnozunda ən çox istifadə edilən radioloji yöntəmlərdəndir. Mamoqrafiya, xüsusilə 40 yaşından sonra olan qadınlarda tövsiyə olunan bir müayinə üsuludur. Bu üsul xəstəliyin ən erkən mərhələlərində belə diaqnoz qoyulmasına kömək edir. Mamoqrafiya ilə dəqiq şəkildə süd vəzisinin içərisindəki dəyişikliklər, kalsifikasiyalar və tümörlər göstərilir.

Ultrasəs müayinəsi isə, özəlliklə daha gənc qadınlarda tətbiq olunan bir metoddur. Yumuşaq toxuma təsbitində çox effektivdir və mamoqrafiya ilə birlikdə istifadə edilərkən diaqnozun doğruluğunu artırır. Nəticədə, mamoqrafiya və ultrasəs süd vəzisinin təsbitində dəqiq və effektiv yöntəmlərdir və hər iki tədqiqatın birlikdə istifadəsi təsbitin səmərəliliyini maksimuma çıxartmağa kömək edir.

Mamoqrafiya və ultrasəs müayinəsi qiymətləndirilməsi odur ki, hansı xəstəyə biopsiya edilməsi lazım olduğunu anlamağımıza köməklik edir. Əgər şübhəli sahəni və ya şişi radioloq həkimi fərq etməzsə, xəstə erkən diaqnoz şansını itirir. Buna görə, radioloji tədqiqatlarınızı mütləq etibarlı bir yerdə edin. Erkən diaqnoz şansınızı itirməmək üçün mamoqrafiya və ultrasəs müayinənin eyni həkim tərəfindən aparılmasına və eyni həkimin nəticəni yazmasına önəm verin.

Yalnız gözəl və sağlam günlərdə görüşmək arzusu ilə.



SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

BİZİ İZLƏ