GİLƏ, SÜD VƏZİNİN UCU VƏ ƏZƏLƏ TOXUMASI.

GİLƏ, SÜD VƏZİNİN UCU VƏ ƏZƏLƏ TOXUMASI.

Areola (gilə) və süd vəzinin ucu süd vəzisinin fiziki görünüşü baxımından vacib rol oynayırlar və süd vəzinin estetik mərkəzini təşkil edirlər. Gilədə demək olar ki, heç bir yağ toxuması yoxdur. Rəngi parlaq çəhrayı ilə tünd qəhvəyi rəngi arasında fərqlilik göstərə bilər. Dərinin altında areola ətrafını büzüşdürüb kiçildə bilən əzələ lifləri vardır. Bu xüsusilə süd vəzi ucuna toxunduqda və ya dərəcə (temperatur) dəyişikliyi olduqda görülür. Daha gənc qadınlarda gilə daha düz və parlaqdır. Yaş irəliləməklə birlikdə xüsusilə hamiləlikdə rəngi tündləşir və daha çıxıntılı görünüş alır.

Süd vermə əsnasında südün ifrazında rol oynayan vəz toxuması ostrogen ve progestron hormonlarındakı eniş- çıxışlara bağlı olaraq həyatımız boyunca dəyişikliyə məruz qalırlar.Yeniyetme dövründəki hormonal dəyişikliklər vəz toxumasının genişlənməsinə və süd vəzisinin böyüməsinə səbəb olarkən hamiləlikdəki hormonlar südün ifrazına şərait yaradaraq süd vəzilərini böyüdürlər. Sonraki yaşlarda hormonların təsirinin azalması ilə birlikdə atrofi (kiçilmə) olur və vəz toxumasının yerini yağ toxuması alır.Laktasiyon (süd vermə dövrü) dövründə süd vəzinin əsas ifrazat vəzisi olan lobül ( ağacın budaqları kimi) adlandırılan hissəsi tərəfindən ifraz olunur.Süd vəzində yağ və bağ toxuması ilə əhatə olunmuş 15-20 lobül vardır. İfraz olunan süd boru şəklindəki kanallardan axaraq daha böyük olan süd kanallarına çatır (15-20 ədəd təqribi) və bunlar da süd vəzinin ucunda sonlanır.

Qocalığın dərimiz, duruşumuz, üzümüz və boza çalan çalan saçlarımız üzərindəki təsirinə varmaq asanddır. Lakin, süd vəzilərindəki deyişikliklər bu qədər nəzərə çarpmır. Süd vəziləri də eynən digər orqanlar kimi qocalmaqdadır. Qocalıq süd vəzinin tərkibini dəyişdirir və toxuma keyfiyyəti də süd vəzisinin görünüşünə təsir edir. Ancaq süd vəzilərinin fərqli görünüş ala bilməsi kimi yaşlılıq dövründə də,fərqli mərhələlərdən keçir. Monoziqotik (tək yumurta ekizi ) ekiz bacılarda həyata keçirilən bir təcrübədə həyat tərzi kimi xarici faktorların (məsələn siqaret çəkmək, hamiləlik sayı, buzqalter istifadəsi) vacib olduğu lakin genetikanın yene də ən böyük təsir olduğu bilinmişdir.

meme anatomisi



SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

BİZİ İZLƏ