ERKƏN DİAQNOZ ÜÇÜN İLLİK MÜAYİNƏLƏR VACİBDİR
Qadın sağlığının vacib olduğu inkişaf etmiş ölkələrdə,müəyyən bir yaş aralığındakı sağlam qadınlarda xəstəliyin qarşısını almaq üçün mamoqrafiya (süd vəzi rentgeni) istifadəsini təşkil edən programlar var.
Bu programların məqsədi əl ilə hiss edilə bilən xərçəng xəstəliyinin inkişaf etmədən öncə şübhəli süd vəzi pozuntularını aşkara çıxarmaqdır. Müayinədən keçən əhalinin 10%-də irəli mərhələli xərçəng xəstəliyi aşkar olunur. Araşdırmalarda süd vəzi xərçənginin erkən diaqnozunun xəstəliyə bağlı olaraq ölüm riskini azaltdığını göstərməkdədir. Müdafiyə məqsədli davamlı mamoqrafiyalar müalicənin vaxtında başlanılmasına köməkçi olurlar. Xəstəliyin erkən mərhələsində müalicə daha asanddır və əsasən,yaxşı nəticə əldə olunur.İnkişaf etmiş ölkələrdə süd vəzi xərçənginin görülmə sıxlığı artarkən bu xəstəlikdən ölümlər ciddi formada azalmağa başlamışdır.