Dəyərli Qadınlar,

Dəyərli Qadınlar,

Bəzi xəstəliklər həyatımız boyu bizdə iz qoyur.Sıxlıqla bu iz yalnızca bədənimizə yox, ruhumuza da təsir edir. Şübhəsiz ki, süd vəzi xərçəngi ağır nəticələrə yol aça bilər: Sadəcə bədəndə iz buraxmaqla qalmaz, sevgi dolu bir həyat yoldaşını həssas birinə və bir zamanlar xoşbəxt olan bir ailəni stressli bir həyat yoldaşına və qorxmuş uşaqlara çevirə bilər. Günümüzdə Avropa Birliyi ölkələrində hər il 464 min qadına süd vəzi xərçəngi diaqnozu qoyulmaqdadır. İnkişaf etmiş dünyanın gələcəyinə baxanda hər 8 qadından birinin, və təbii olaraq hər 8 ailədən birinin bu xəstəliyə yaxalanma riski olduğunu görürük.

100 ildən az bir müddət öncə, süd vəzi xərçəngli qadınlara sadəcə ağrılı böyük əməliyyatlar və sonrasında da qorxuducu təsirdən başqa bir seçənək yox idi. Amma hal hazırki dövrümüzdə irsi , erkən diaqnoz yolları, irəliləmiş görüntüləmə yolları, yeni dərmanlar və yeni şüa müalicəsi sayəsində daha gözəl nəticələr əldə edirik. Süd vəzinin qorunaraq sadəcə xəstəlik olan qisminin əməliyyat yolu ilə çıxarılması, süd vəzinin formasının və qadın bədəninin bütünlüyünün pozulmaması, qadının sağlamlığına (bədən və ruh sağlığı ) yaxşı yöndə təsir edir.

Müasir dünyamızın insanları mükəmməllik, bütünlük, azadlıq, yaşama sevinci və yaradıcı işlərin izindən getməkdədirlər. Bu həm kişilər həm də qadınlar üçün keçərlidir. Hamımız eyniyik.Hamımız önəmliyik. Qadınların olmadığı bir dünya mənasızdır, ancaq xoşbəxt, qadınların olmadığı bir dünya acı ilə doludur. Qadınları qorxutmadan və onları incitmədən maarifləndirmə yolu ilə bu xəstəliyə qarşı qorumaq və qarşısını almaq mümkündür. Xəstəlikdən tamamilə qurtulmaq üçün ən vacib şey, ərken diaqnozdur.Ərkən diaqnuz üçün isə, qadının heç bir şikayəti olmasa belə illik müayinələrini düzənli formada güvənli bir yerde etdirməsi şərtdir.
Qohumlarımızdan və ya ətrafımızdakılardan birində mütləq süd vəzi xərçənginə yaxalanmış biriləri var. Qadınların düzənli olaraq düşündükləri və bu səbəblə də haqqında məlumat almağa çalışdıqları bir xəstəlikdir. Günümüzdə şübhəsiz ki, internet bizlər üçün bir xəbər qaynağı olsa da, təəssüf ki, 21-ci əsrdə o qədər çox məlumat qaynağı var ki, bunların hansının doğru olduğunu bilmək elə də asand deyil. Buna görə də daha obyektiv məlumatlara ehtiyac var. Azəricə hazırladığım saytlarımda süd vəzi haqqında dürüst və obyektiv melumat istəyən hər qadına kömək olacağıma inanıram.



Onlayn Konsultasiya Haqqında Önəmli Qeydlər

SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
SÜD VƏZİ XƏRÇƏNGİ
Süd vəzisi əməliyyatının həyata keçirilməsinin yeganə xəstəliyi "Süd vəzi" xərçəngidir. Süd vəzisinin xərçəng xəstəliyindən başqa əməliyyatı vacib sayılan ciddi bir xəstəliyi yoxdur.
ƏLAQƏ

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

+90 532 234 43 66
+90 541 411 90 00
+90 212 296 33 96
bilgi@drkocer.com
 Teşvikiye Mah.
Hakkı Yeten Caddesi No:15
Doğu İş Merkezi Kat:8 D:17
Fulya, Şişli - İstanbul

BİZİ İZLƏ