SÜD VƏZİ XƏRÇƏNGİ
SÜD VƏZİ XƏRÇƏNGİ
ƏLAQƏ
+90 541 411 90 00
+90 212 296 33 96
[email protected]er.com
Intermed
Teşvikiye Cad. Bayer Apt. No:63
34365 Nişantaşı / İstanbul
Teşvikiye Mah. Hakkı Yeten Cad.
No:23 Kat:8 Med-Ofis
Fulya / Şişli / İSTANBUL
Bəzi xəstəliklər həyatımız boyu bizdə iz qoyur.Sıxlıqla bu iz yalnızca bədənimizə yox, ruhumuza da təsir edir. Şübhəsiz ki, süd vəzi xərçəngi ağır nəticələrə yol aça bilər: Sadəcə bədəndə iz buraxmaqla qalmaz, sevgi dolu bir həyat yoldaşını həssas birinə və bir zamanlar xoşbəxt olan bir ailəni stressli bir həyat yoldaşına və qorxmuş uşaqlara çevirə bilər. Günümüzdə Avropa Birliyi ölkələrində hər il 464 min qadına süd vəzi xərçəngi diaqnozu qoyulmaqdadır. İnkişaf etmiş dünyanın gələcəyinə baxanda hər 8 qadından birinin, və təbii olaraq hər 8 ailədən birinin bu xəstəliyə yaxalanma riski olduğunu görürük.
Süd vəzinin əsas funksiyası südün istehsalı və ifrazıdır. Bu səbəbdən süd vəzi ifrazat vəzi olaraq qəbul edilir və süd vəzisi olaraq adlandırılır.Cüt orqandır və süd vəzisinin üst hissəsində çıxıntı olaraq görünür. Göz yaşı damlası formasındadır və uzantası- quyruq hissəsi- qoltuq altına kimi uzanır. (aksillaya) Mərkəz hissəsində areola adlandırılan (gilə ) tünd bir halqa və ifrazat vəzinin kanalının sonlandığı süd vəzi giləsi vardır.
Areola (gilə) və süd vəzinin ucu süd vəzisinin fiziki görünüşü baxımından vacib rol oynayırlar və süd vəzinin estetik mərkəzini təşkil edirlər. Gilədə demək olar ki, heç bir yağ toxuması yoxdur. Rəngi parlaq çəhrayı ilə tünd qəhvəyi rəngi arasında fərqlilik göstərə bilər. Dərinin altında areola ətrafını büzüşdürüb kiçildə bilən əzələ lifləri vardır. Bu xüsusilə süd vəzi ucuna toxunduqda və ya dərəcə (temperatur) dəyişikliyi olduqda görülür. Daha gənc qadınlarda gilə daha düz və parlaqdır. Yaş irəliləməklə birlikdə xüsusilə hamiləlikdə rəngi tündləşir və daha çıxıntılı görünüş alır.
Süd vəzinin müalicə və ya əməliyyata ehtiyac olduğu yeganə xəstəlik süd vəzi xərçəngidir. Süd vəzində görülən digər xəstəliklər fibroadenoma və digər xoş xassəli şişlər fibrokistaların heç bir qadının həyatını təhlükəyə atmaz.(Öldürməz) Həmçinin bunlar sonradan süd vəzi xərçənginə də çevrilməz.
Qadın sağlığının vacib olduğu inkişaf etmiş ölkələrdə,müəyyən bir yaş aralığındakı sağlam qadınlarda xəstəliyin qarşısını almaq üçün mamoqrafiya (süd vəzi rentgeni) istifadəsini təşkil edən programlar var.